cabir

cabir Xəbərlər 14-07-2026, 22:30

Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir

Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir

Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib.           Sun.Az                           

xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.                  

Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib ki, əməkdaşlıq davam edəcək, lakin onun səviyyəsi ATƏT Parlament Assambleyasının gələcək fəaliyyətindən asılı olacaq.

"Əməkdaşlıq davam edəcək. Lakin bu əməkdaşlığın keyfiyyəti ATƏT PA-nın fəaliyyətini necə davam etdirməsindən - Konqresmen Co Vilson səviyyəsində qalıb-qalmayacağından və ya bu səviyyədən yuxarı qalxacağından asılı olacaq", - deyə Kobaxidze vurğulayıb.

Baş nazirin sözlərinə görə, məhz bu məsələ Gürcüstan nümayəndə heyətinin ATƏT Parlament Assambleyası ilə gələcək münasibətlərini müəyyənləşdirəcək.

                                                        

              

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
27 56 40 49 46 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.