Rusiyaya qarşı yeni sanksiyalar: Çin və Hindistan da siyahıda
ABŞ senatoru Lindsi Qrem tərəfindən hazırlanmış Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsi Rusiya nefti və qazının əsas alıcılarına qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Sun.Az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, sanksiyalar Rusiyanın enerji ehtiyatlarını satın alan ölkələri hədəf alacaq. Qanun layihəsində Çin və Hindistana qarşı da məhdudiyyətlərin nəzərdə tutulduğu bildirilir.
Mənbələrin iddiasına əsasən, ABŞ prezidenti Donald Tramp Rusiyanın enerji ehtiyatlarının satışına şərait yaradan ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq edə bilər. Bundan əlavə, qanun layihəsi Rusiyanın uran ticarətinin də tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.






