İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək
İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. Sun.Az
Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Dünya Bankının mexanizmi vasitəsilə Ukraynada bərpa layihələrinin maliyyələşdirilməsinə imkan yaradacaq.
Bildirilib ki, İsveçin bu töhfəsi hesabına ümumi dəyəri təxminən 4,2 milyard kron (380 milyon avro) olan kreditlərin ayrılması mümkün olacaq. Bu vəsait ölkədə infrastrukturun bərpası və digər prioritet layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Müəllif: İlkin Məmmədkərimov






