ice berg

ice berg Xəbərlər 17-07-2026, 13:00

Tramp 4 ölkə ilə bağlı iddia irəli sürdü

Tramp 4 ölkə ilə bağlı iddia irəli sürdü

“Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ın seçki sisteminə təsir göstərmək imkanına malikdir”.

 

Loading.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

Onun sözlərinə görə, uzun illər ərzində amerikalılara ölkənin seçki infrastrukturunun, o cümlədən elektron səsvermə maşınlarının və bülletenlərin hesablanması sistemlərinin təhlükəsizliyi barədə həqiqət deyilməyib.

 

“Qiymətləndirməmizə görə, ABŞ-ın rəqibləri, o cümlədən Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət qrupları ölkənin seçki infrastrukturunu təhlükə altına salmaq imkanına malikdir”, – deyə Tramp hesabatdan sitat gətirib.

 

ABŞ lideri əlavə edib ki, xarici müdaxilə baxımından ən həssas sahələr mərkəzləşdirilmiş məlumat bazaları, seçicilərin qeydiyyat reyestrləri, seçici siyahıları (pollbooks) və seçki komissiyalarının rəsmi internet saytları hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
26 22 40 48 36 34

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.