Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub, UKMTO məlumat verir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) cümə günü verdiyi məlumata görə, Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə naməlum mərmi ilə tankerin vurulması nəticəsində kiçik struktur ziyana səbəb olub. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, bütün heyət təhlükəsizdir və onlarla əlaqə saxlanılır. Cümə axşamı günü İran hərbi sözçüsü bildirib ki , İran "heç bir halda" ABŞ-ın Hörmüz boğazına "müdaxilə etməsinə" icazə verməyəcək, o əlavə edib ki, "bu, İranın qırılmaz qırmızı xəttidir".
Müəllif: İlkin Məmmədkərimov






