GulsheN

GulsheN Məşhurlar 17-11-2017, 17:23

Hər ikisi eyni paltarı geyindi - Qalmaqal yarandı

Hər ikisi eyni paltarı geyindi - Qalmaqal yarandı
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə eks-aparıcı Günel Hümbətovanın eyni geyimdən istifadəsi qalmaqala səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bir neçə həftə bundan əvvəl Hümbətova fotosessiya etdirib. Həmin çəkilişdə qırmızı geyim və fərqli aksessuardan istifadə edib.

Foto-layihəsini təqdim etməyə hazırlaşan Günel gözləmədiyi bir hadisə ilə qarşılaşıb. Belə ki, İ. Kazımova rəsmi instaqram səhifəsində eyni geyim və aksessuarda olan bir fotosunu paylaşıb. Məlum olub ki, Günelin müraciət etdiyi mağaza İlqarə ilə də əməkdaşlıq etməyə başlayıb.

Hümbətova xalq artistinin qızının paylaşımından iki saat sonra fotosessiyasından bir foto yayımlayıb. O, mağaza əməkdaşlarını tənqid edib və iki məşhura eyni geyim və aksessuarı satmağın düzgün olmadığını bildirib.

Günel daha sonra yazdığı şərhi silib.








REDAKTE ETDİ-ESMERALDA

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
699 677 613 604 615 544

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.