amon

amon Sevgi 22-07-2026, 12:04

Səndən Sonra

Səndən Sonra

​​

Səndən Sonra...

​

Səndən sonrası elə bil ki, heç olmadı... Nə oldusa, ancaq səninlə oldu. Sevincim də, kədərim də, rahatlığım da, darıxmağım da... Bir sözlə, səndən sonra həyatım ancaq səninlə oldu.

​

Bəzən sənli günləri xatırlayıram... Sanki o zaman mən tamam ayrı bir yerdə, tamam ayrı hisslər içində idim. İndi isə sadəcə olaraq günlərim bir-birinin ardınca, boşluq kimi irəliləyir.

​
Düşünmə ki, sən keçmişimdə qalmısan. Xeyr!
​

Mənə nə qədər çətin olsa belə, mən səni daim yanımda və qəlbimdə hiss etmişəm. Bundan sonra necə olacaq deyə soruşma! Çünki bunu mən də bilmirəm.

​

Amma bir şeyi çox yaxşı bilirəm ki, mən səni saf qəlbimlə, saf hisslərimlə sevdim. Tək istəyim və tək qorxduğum şey səninlə üz-üzə gəlməkdi... O an mən bu olanlardan sonra sənə nə deyə bilərəm deyə hər dəfəsində öz-özümə sual edirəm.

​

Bəlkə dərin bir baxışla "dəniz" gözlərinə baxaram və baxdıqca lap dərinə enərəm. Boğulmaqdan qorxmuram əsla. Əgər boğuluramsa, elə sənin dəniz gözlərində boğulum; bu qədər dərdin-kədərin içində yox!

​

Bəlkə də sadəcə bir tanıdıq kimi hal-əhval tutub beləcə, söhbətimizi yekunlaşdırarıq. Çünki sən özün də bilirsən; mənim hər sözümdə sənə olan istəyim, sənə olan sevgim var.

​

Hətta səssizliyim belə sənə olan sevgimi pıçıldayar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
105 86 57 65 85 53

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.