Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətindədir. Loading.Az France 24-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər əsasən Rusiyanın maliyyə sistemi, hərbi-sənaye kompleksi və enerji sektorunu hədəf alır. Kallas vurğulayıb ki, Aİ artıq növbəti sanksiya addımları üzərində də işləyir və Rusiyanın mümkün yeni eskalasiya cəhdlərinə cavab verməyə hazırdır.
Aİ rəsmisi əlavə edib ki, 21-ci sanksiya paketi son dörd ilin ən genişmiqyaslı sanksiyalar toplusudur və ümumilikdə 218 məhdudlaşdırıcı tədbiri özündə birləşdirir.
Müəllif: İlkin Məmmədkərimov






