ice berg

ice berg Programlar 24-07-2026, 22:00

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

“WhatsApp”, istifadəçilər üçün gözlənilən böyük yeniləməni istifadəyə verib.

Loading.az xəbər verir ki, yeniliklər arasında iPad üçün müstəqil hesab yaratmaq imkanı və avtomobillərdə mesajlaşma təcrübəsini yaxşılaşdıran funksiyalar yer alır.

Artıq istifadəçilər “iPhone”a ehtiyac olmadan birbaşa iPad tətbiqi vasitəsilə yeni “WhatsApp” hesabı yarada biləcəklər.

Əvvəllər iPad versiyasından istifadə üçün hesabı telefona bağlamaq tələb olunurdu.

Bununla yanaşı, “Apple CarPlay” və “Android Auto” dəstəyi də yenilənib.

İstifadəçilər sükan arxasında əllərini istifadə etmədən zəng edə, gələn mesajları dinləyə, onlara səsli cavab verə və zəng tarixçəsinə baxa biləcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
75 49 64 62 59 71

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.