Sirli hadisələr və onların sadə izahı – 3
Hopkinsvildəki sirli məxluqlar
Sattonlar ailəsi 1955-ci ildə evlərinin verandasında ailə dostu Billi Rey Teylorla birlikdə şam edirdilər. Billi quyudan su içmək üçün çəkildi... İndiyədək danışılan sirli hadisə elə buradan başladı. Billi səmada qəribə işıqların parıldadığını qışqıraraq tez verandaya qayıtdı və Sattonların bu möcüzəyə baxmasını təklif etdi. Sattonlar həyətə qaçdı, lakin səma işıqlarının əvəzinə evin həyətində iri başlı, iri qulaqlı, işıldayan gözləri və uzun əlləri olan qəribə işıldayan məxluqlar gördülər. Sattonlar insanabənzər məxluqları görən kimi onları silahla öldürmək istədi, ancaq məxluqlar ölmək əvəzinə qaranlıqda sadəcə yox oldular.
Sadə izah:
Sattonlar məxluqları təsvir etməklə yanaşı, onların rəsmini də çəkdilər. Söyləmək lazımdır ki, bu məxluqların başı adi gecə bayquşunun başını xatırladır. Sattonların həmin axşam xeyli içdiklərini və qorxduqlarını nəzərə alsaq, təxəyyüllərində nələrin canlandığını təsəvvür etmək olar.






