weher uwagi

weher uwagi Maraqlı 29-07-2026, 12:00

Musiqinin ilk inciləri

Musiqinin ilk inciləri

İnsan övladı doğulan andan qulağına gələn pıçıltılı nəğmələr onun dərin yuxularda gəzişməsinə, xoş əhvallı davranışlar sərgiləməsinə səbəb olur. Məhz musiqinin həyatımızdakı önəmi də buradan başlayır.

Bəşəriyyətin özü qədər qədim olan musiqinin maraqlı tarixçəsi var. Bəzi mənbələrə görə, ən qədim nota alınan musiqi e.ə XIV əsrdə (təxminən 3400 il əvvəl) mixi yazı ilə Hurilər tərəfindən Tanriça Nikkal üçün bəstələnən “6 nömrəli Hurrian Himni” adlanır. Melodiya gil lövhələr üzərinə yazılıb və 1950-ci illərin əvvəllərində fransız arxeoloqu tərəfindənSuriyanın Uqarit şəhərində qazıntılar zamanı tapılan qədim əlyazmanı ABŞ-ın Berkli şəhərindəki Lui Antropologiya Muzeyində çalışan professor Enn Drafkorn Kilmer 15 il sərf edərək gil lövhəni deşifrə etmişdir.

Musiqinin ilk inciləri

Pianoçu, bəstəkar Malek Jandalinin 5 dəqiqəlik piano ifasındakı bu musiqi kifayət qədər dərin notları özündə birləşdirir, dinlənilən zaman həmin dövrün ab-havasını xəyallarda canlandırır. Mahnının mətnindəki hecaların sayı musiqi partiturasında göstərilən notların sayına uyğunlaşdırılmaqla məsələ uğurla çözülüb.

Kəşf musiqi və Qərb mədəniyyətinin kökləri məsələlərinin həllində mühüm dönüş nöqtəsi yaradıb.

Kilmerin araşdırması sayəsində notlarla təkcə melodiya yox, həm də harmoniya deşifrə edildi. Hecaların sayı ilə notların sayının təsadüfən tam üst-üstə düşməsi çox maraqlıydı. Araşdırmanın nəticəsi musiqi və Qərb mədəniyyətinin mənşəyi ilə bağlı yeni cığır açdı.

Təxminlərə görə, haqqında bəhs olunan mahnı dünyanın ən qədim aləti olan fleytada ifa olunub. Bu, çox maraqlıdır və musiqinin məlum olan tarixini şübhə altına alır, çünki fleytanın kökü 67 min il əvvələ gedib çıxır. Qədim zamanlarda və müxtəlif antik sivilizasiyalarda fleyta heyvanları çağırmaq, xəbərdarlıq və bir çox müxtəlif məqsədlər üçün istifadə edilib.

İlk musiqi kompozisiyasının tarixi isə bir qədər daha yaxındır. Yunan mədəniyyəti tarixə bir sıra töhfələr verməsi ilə yanaşı, ilk musiqi kompozisiyasının da banisidir. I əsrə aid yunan melodiyası olan “Seikilos Epitaph” adlı bəstə Seikilos tərəfindən həyat yoldaşının məzar daşına həkk olunmuş vəziyyətdə tapılıb.

Bu əsərə kompozisiyaya uyğun yunan dilində sözlər də əlavə olunub:

Yaşadıqca parlayın,

Heç kədərlənməyin.

Həyat yalnız qısa müddət mövcuddur,

Vaxt isə öz haqqını tələb edir.

Bir sıra dünya şöhrətli musiqiçilər bu bəstənin tapılması nəticəsində çağdaş kompozisiyadan yeni nümunələr təqdim etmişlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 39 46 39 40 62

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.