Ulyaa

Ulyaa Məsləhətlər 30-07-2026, 18:00

Qarışqaları evdən uzaqlaşdıran 3 sadə vasitə

Qarışqaları evdən uzaqlaşdıran 3 sadə vasitə

Yay aylarında havaların isti keçməsi qarışqaların evlərə axınını artırır. Mütəxəssislər bildirirlər ki, zərərvericilərlə mübarizədə kimyəvi vasitələrdən əvvəl təbii üsullardan istifadə etmək mümkündür.

Loading.az xəbər verir ki, ən təsirli üsullardan biri diatomit torpağıdır. Tərkibindəki silisium hissəcikləri qarışqaların bədənini zədələyərək onların susuzlaşmasına səbəb olur. Bu vasitənin təsirli olması üçün quru halda qarışqaların hərəkət etdiyi yerlərə səpilməsi tövsiyə edilir.

Digər təbii vasitə isə darçındır. Güclü qoxusu qarışqaların qoxu izi ilə hərəkət etməsinə mane olur və onların qida mənbəyinə çatmasını çətinləşdirir.

Mütəxəssislər həmçinin nanə efir yağının da qarışqaları uzaqlaşdırdığını bildirirlər. Bunun üçün bir neçə damcı nanə yağı su ilə qarışdırılaraq pəncərə kənarlarına, qapı girişlərinə və qarışqaların keçdiyi yerlərə püskürdülə bilər.

Bundan əlavə, evdə çatların bağlanması, qida məhsullarının kip bağlanan qablarda saxlanılması və su yığılan yerlərin aradan qaldırılması qarışqaların çoxalmasının qarşısını almağa kömək edir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 62 52 53 42 32

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.