Ulyaa

Ulyaa Programlar 3-08-2026, 12:00

ChatGPT-yə yazdıqlarımız hara gedir?

ChatGPT-yə yazdıqlarımız hara gedir?
Süni intellekt platformalarından istifadə genişləndikcə, istifadəçiləri ən çox düşündürən suallardan biri də ChatGPT-yə yazılan məlumatların necə istifadə edilməsidir.
Loading.az xəbər verir ki, məxfilik qaydalarına görə, istifadəçilər hesab ayarlarında bu funksiyanı söndürməyiblərsə, söhbətlərin bir hissəsi modeli təkmilləşdirmək məqsədilə istifadə oluna bilər.
Bununla yanaşı, istifadəçilər Data Controls bölməsindən bu seçimi deaktiv edə və ya Temporary Chat rejimindən istifadə edərək söhbətlərinin modelin təlimində istifadə olunmasının qarşısını ala bilərlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, çatbotlarla ünsiyyət zamanı bank kartı məlumatları, parollar, şəxsiyyət vəsiqəsi məlumatları və digər həssas şəxsi informasiyalar paylaşılmamalıdır. Bu tövsiyə təkcə ChatGPT-yə deyil, bütün süni intellekt xidmətlərinə aiddir.
Mütəxəssislərin fikrincə, süni intellektdən təhlükəsiz istifadə üçün istifadəçilər məxfilik ayarlarını mütəmadi yoxlamalı və hansı məlumatları paylaşdıqlarına diqqət yetirməlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
52 50 38 53 59 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.