Qırmızı ekran problemi yaşayan telefon sahiblərinə Samsung-dan təklif
Samsung qırmızı ekran problemi ilə bağlı istifadəçilərin şikayətlərinə münasibət bildirib. Loading.Az
xarici KİV-ə istinadən xəbər verir ki, iyun ayında şirkətin flaqman modeli olan Galaxy S26 Ultra smartfonunun bəzi istifadəçiləri ekranda qırmızı ləkələrin yarandığını bildiriblər.
Avqustun əvvəlində məsələ ilə bağlı açıqlama verən Samsung problemin istehsal qüsuru olmadığını qeyd edib. Bu səbəbdən cihazların zəmanət çərçivəsində dəyişdirilməsinin nəzərdə tutulmadığı bildirilib.
Bununla yanaşı, şirkət problemdən təsirlənən bütün istifadəçilərə ekranın kalibrlənməsi xidmətinin təqdim olunacağını açıqlayıb.






