Kukulka

Kukulka Xəbərlər 19-11-2017, 12:20

"Uçan" piyada zolağı istifadəyə verildi

"Uçan" piyada zolağı istifadəyə verildi




Avstriyanın Lints şəhərində ölkədə ilk 3D piyada zolağı istifadəyə verilib.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, avtomobil sürücülərinin yüksək sürətə meylli olduğu küçələrdən birində optik yanıltma sayəsində yaradılan süni maneədən yaxın gələcəkdə geniş istifadəsi nəzərdə tutulur.

"Zebra"nın xüsusi şəkildə çəkilməsi nəticəsində əldə edilən vizual effekt sayəsində piyadaların yoldan təhlükəsiz keçid imkanı yaxşılaşdırılıb. Bu süni maneə nəticəsində sürücülər sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa məcburdurlar. 3D piyada zolağı yalnız bir istiqamətdən effektiv şəkildə göründüyünə görə, onun əsasən birtərəfli yollarda istifadəsi daha məqsədəuyğundur.

Yaxın gələcəkdə Avstriyanın Fillax, Zaltsburq və Klaqenfurt şəhərlərində də oxşar piyada zolaqları istismara veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 600 540 535 495 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.