Türkiyədə neçə azərbaycanlı futbolçu oynayır? - SİYAHI
Son günlər bu siyahıya daha iki tanınmış futbolçunun da qoşulacağı dəqiqləşib.
Azərbaycan millisinin və "Qarabağ”ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək. Təcrübəli futbolçu 1-ci Liqa təmsilçisi "Bursaspor” ilə 3 illik müqavilə imzalayıb. Onun adı artıq Türkiyə Futbol Federasiyasına təqdim olunan iştirak ərizəsində də yer alıb.
• Toral Bayramov - "Bursaspor" (1-ci Liqa)
• Nəriman Axundzadə - "Erzurumspor FK" (1-ci Liqa)
• Coşqun Diniyev - "Çorum FK" (1-ci Liqa)
• Sertan Taşqın - "Serikspor" (1-ci Liqa)
• Həsən Nəzərov - "Ankaragücü" (1-ci Liqa)
Bundan başqa, hücumçu Renat Dadaşov da son illərdə Türkiyə futbolunda çıxış edib. O, 2023/2024 mövsümündə icarə əsasında "Hatayspor"un formasını geyinib. Daha sonra "Ankaragücü"nə transfer olunan futbolçu hazırda Polşanın "Radomiak Radom" klubunda çıxış edir.
Mütəxəssislərin fikrincə, TFF-nin türkdilli ölkələrin futbolçularına münasibətdə tətbiq etdiyi xüsusi status və legioner qaydalarındakı dəyişikliklər Azərbaycan futbolçularının Türkiyə klublarına transferini xeyli asanlaşdırıb. Bu səbəbdən yaxın illərdə Türkiyə çempionatlarında çıxış edən azərbaycanlı oyunçuların sayının daha da artacağı gözlənilir.






