ice berg

ice berg Programlar 15-08-2026, 14:00

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

“Instagram” sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib.

 

Loading.az xəbər verir ki, bu barədə “Instagram”ın rəhbəri Adam Mosseri məlumat yayıb.

 

Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən “Instagram” yazısı 10 il ərzində dəyişməyib. Yeni dizayn daha sadə və müasir görünsə də, əvvəlki üslubun əsas xüsusiyyətləri qorunub. 

 

“Onu yeniləməyin vaxtı çatmışdı. Yeni variant daha təmiz və müasirdir, eyni zamanda orijinal dizayna istinadları, sadəliyi və detallara diqqəti qoruyur”, – Mosseri bildirib.

 

Yenilənmiş yazılı loqotip artıq “Instagram” tətbiqində istifadə olunur.

 

Qeyd edək ki, dəyişiklik sosial şəbəkənin məşhur rəngli kamera nişanına deyil, tətbiqin yuxarı hissəsində yerləşən “Instagram” yazısına aiddir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
68 34 77 72 60 85

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.