cabir

cabir İdman 16-08-2026, 11:00

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD: Dünyanın ən yaxşı nəticəsini göstərdi

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD: Dünyanın ən yaxşı nəticəsini göstərdi

19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib.            Loading.Az                     xəbər verir ki, Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib.                  

Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasında məsafəni 14 dəqiqə 30,67 saniyəyə qət edib.

Bu növdə Avropa çempionatının gümüş medalını macarıstanlı Zalan Şarkan, bürünc medalını isə almaniyalı Oliver Klemet qazanıb.

Libman Parisdə keçirilən Avropa çempionatında ikinci qızıl medalını əldə edib. O, daha əvvəl 800 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə Avropa rekordu müəyyənləşdirərək çempion olub.

  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
49 37 34 56 37 42

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.