ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 21-08-2026, 14:45

Emreli “Rakuv”da 3-cü qolunu vurub

Emreli “Rakuv”da 3-cü qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

Duz.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
54 46 77 52 73 50

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.