ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 21-08-2026, 17:50

"Maşa və Ayı"nı qadağan etdi

"Maşa və Ayı"nı qadağan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarı təsdiqləyib.

Duz.az xəbər verir ki, sanksiyalar serialı hazırlayan Rusiyanın “Animakkord” studiyasına və beş Rusiya vətəndaşına qarşı tətbiq edilib. Onların arasında studiyanın təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, həmmüəllifi və prodüseri, eləcə də cizgi filminin hüquq sahibi yer alır.

Ukrayna MTMŞ-dən bildirilib ki, “Maşa və Ayı” uşaqlar üçün nəzərdə tutulan məzmun adı altında Rusiyanın maraqlarına uyğun narrativlər yayır. Qurumun qənaətinə görə, bu məzmun Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaradır.

Qeyd edək ki, “Maşa və Ayı" cizgi serialı ilə bağlı narazılıqlar yalnız Ukrayna ilə məhdudlaşmır.

İyul ayında Böyük Britaniyada bir qrup siyasətçi ölkənin mədəniyyət nazirinə açıq məktub göndərərək serialın striminq platformalarından silinməsini tələb edib.

Britaniyalı siyasətçilər serialın Rusiya təbliğatını yaydığını iddia edib və bunun “elə də incə olmayan” təbliğat üsulu olduğunu bildiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 69 48 28 38 51

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.