ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 22-08-2026, 22:43

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 6 ölüm düşüb.

Loading.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən yüksək ölüm göstəricisi Qazax və Bakının Yasamal rayonlarında qeydə alınıb. Hər iki ərazidə əhalinin hər 1000 nəfərinə 8,4 ölüm düşüb.

Xızı rayonunda bu göstərici 8,2, Gədəbəydə 7,8, Goranboyda 7,7, Suraxanı və Şabranda 7,5, Ağdamda 7,5, Ağstafada 7,3, Samuxda 7,3 nəfər olub.

İqtisadi rayonlar arasında ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 7 ölüm düşüb. Gəncə-Daşkəsən iqtisadi rayonunda göstərici 6,9, Qarabağda 6,5, Bakı şəhərində isə 6,4 təşkil edib.

Ən aşağı ölüm göstəricisi Abşeron rayonunda qeydə alınıb. Rayonda əhalinin hər 1000 nəfərinə 3,3 ölüm düşüb. Kəngərli və Şərur rayonlarında bu göstərici 4,5, Sədərəkdə 4,6, Biləsuvarda 4,8 olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
50 59 74 78 72 61

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.