ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 27-08-2026, 00:26

Millimiz Avropa çempionatında ilk məğlubiyyətini alıb

Millimiz Avropa çempionatında ilk məğlubiyyətini alıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

Sun.az  xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
71 78 94 83 73 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.