Türkiyə Ayın araşdırılması proqramına qoşuldu
Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. Loading.Az
xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləməyə davam edəcək.
"Türkiyə beynəlxalq hüquqa əsaslanan inklüziv və innovativ yanaşma vasitəsilə kosmik texnologiyaların tədqiqinə və kosmosun kəşfiyyatına töhfə verəcək", - deyə açıqlamada qeyd olunub.






