Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 21-11-2017, 19:32

Almanın növbəti FAYDASI aşkar olunub

Almanın növbəti FAYDASI aşkar olunub
Almanın növbəti FAYDASI aşkar olunub



Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.
Rusiyanın Zdorovye jurnalı xəbər verir ki, almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.
Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.
Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında: pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s.
Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.
Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 618 604 553 599 563

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.