ice berg

ice berg İdman 5-09-2026, 20:34

Neymar 6 həftə oynamayacaq

Neymar 6 həftə oynamayacaq

“Santos”un hücumçusu Neymar Braziliya Kubokunun 1/4 final mərhələsinin “Palmeyras”la cavab oyununda (0:0) zədələnib.

 

Loading.az xəbər verir ki, Neymar tibbi müayinədən keçib. Nəticələr göstərib ki, o, ötən çərşənbə keçirilən oyun zamanı sağ budunun düz əzələsində 2B tipli əzələ zədəsi alıb. Futbolçu hazırda klubun “Rey Pele” məşq bazasında tibbi heyətin nəzarəti altında müalicə və bərpa prosesi keçir. 

 

Jurnalist Qabriela Arantes Brinonun məlumatına görə, Neymarın tam sağalması üçün təxminən 4-6 həftə vaxt lazım olacaq.

 

Oyundan sonra 34 yaşlı braziliyalı futbolçu “Vila Belmiro” stadionunun ot örtüyünün keyfiyyətini tənqid edib.

 

İlk qarşılaşmada “Palmeyras” 3:0 hesabı ilə qalib gəlib. Bu səbəbdən iki oyunun nəticəsinə əsasən, “Palmeyras” yarımfinala yüksəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
60 67 84 111 74 56

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.