amon

amon Sevgi 22-11-2017, 01:48

Səni artıq sevməsəmdə unutmamışamda...

Səni artıq sevməsəmdə unutmamışamda...

Artıq illər keçib aradan amma səni bir dəfədə olsun görməmışəm, səsini bir dəfədə olsun eşitməmişəm. Bakı`da yaşayırıq heç qarşılaşmamışıq da. Demək qismət deyilmiş. Sən mənim ilk sevgim olmusan. İllər keçsədə səni sevməsəmdə unutmamışamda.

Necə unuda bilərəm axı?! Hərdən yadıma düşürsən nömrəni yığıram, nömrənidə belə unutmamışam. Hələ silə bilməmişəm beynimdən. Uzun bir müddətdir zəng çatmırdı və bu gün yenə yadıma düşdün, hərzaman yadıma düşdüyün kimi.

Bir təbəssüm çökdü dodaqlarıma,gözlərim dalıb getdi o illərə, artıq sənin xatirələrin mənə əzab vermir. Xoş bir anı olaraq qalıblar...

Sadəcə şirin bir xatirəsən mənim üçün, uşaqlığımın və gənçliyimin şirin bir xatirəsi. Saflığımın təmizliyimin, ülvi sevgimin bir nişanəsi. Səninlə bitdi demək olar ki bütün saf hisslərim.

Səndən sonra sevmədimmi?! Sevdim! Amma başqa cür səni sevdiyim kimi deyil! Təəssüflənirəm səni öz səhvim ucbatımdan itirdiyim üçün, adaimma dəyişməyəsi bir həqiqət var. Sən mənim hər zaman ilk sevgim olaraq qalacaqsan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 720 596 671 744 600

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.