ice berg

ice berg Ayaqqabı Dünən, 21:00

1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə

1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə

1990-cı və 2000-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabıları yenidən populyarlıq qazanıb. Bununla yanaşı, Mary Jane üslubunda ayaqqabılar da geri qayıdıb.

 

2000-ci illəri xatırladan “jelly” sandallar və tor materialdan hazırlanan baletkalar da payızın dəbli modelləri arasında göstərilir. Lakin əvvəlki illərdən fərqli olaraq, bu dəfə parlaq rənglər əvəzinə daha sakit və neytral tonlara üstünlük verilir.

 

Yeni mövsümdə kvadrat burunlu bot və çəkmələrə də diqqət yetirmək tövsiyə olunur. Belə ayaqqabılar 1990-cı illərin dəbinin xarakterik elementlərindən biri olub. Həmin dövrdə supermodel Sindi Krouford və aktrisa Holli Berri də bu tip ayaqqabılara tez-tez üstünlük veriblər.

 

Beləliklə, 2026-cı ilin payız ayaqqabı dəbində nostalji tendensiyası davam edir və təxminən 20-30 il əvvəl məşhur olan modellər yenidən gündəmə gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 13 17 7 6 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.