ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 14:35

“Şamaxinka”da bu avtobuslar saxlamayacaq

“Şamaxinka”da bu avtobuslar saxlamayacaq

Azərbaycanda bəzi marşrutlar "Şamaxinka" dayanacaq məntəqəsindən çıxarılır.

Bu barədə Duz.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Moskva prospekti, "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

"Şamaxinka" adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.

"Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir. Həmin ərazidə artan sərnişin tələbatının qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil olmaqla kompleks tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 14 19 12 15 18

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.