Kim deyir ölənlə ölə bilmirsən...?
Sən məndən gedəni, çox zaman olub.
Gedəndən bədənin əzası yoxdur.
Ötən namazın da bir qəzası var,
Sənsiz bir günümün qəzası yoxdur.
İndi bilmirəm ki, hara sığım mən,
Həyət də dar gəlir, ev də dar gəlir.
Hər yatmaq istəyib, gözüm yumanda,
Gözümün önünə daş məzar gəlir.
Səndən nə qaldı ki, geriyə indi?
Özün də geriyə gələ bilmirsən.
Sənin həsrətinlə ölü kimiyəm,
Kim deyir ölənlə ölə bilmirsən...?
: Səxavət Üzeyir.






