“Facebook Messenger” və “WhatsApp”da nə qədər mesaj yazırıq?

“Facebook Messenger” və “WhatsApp”da nə qədər mesaj yazırıq?


“Facebook” F8 tədbirində gündəlik olaraq “Facebook Messenger” və “WhatsApp”da yazılan mesajlarla bağlı statistik məlumatları açıqlayıb.

Keçən il keçirilən “Facebook” F8 konfransında 700 milyon aktiv istifadəçiyə sahib olduğunu bildirdiyi “Messenger”in hazırda 900 milyon aktiv istifadəçisi var. “WhatsApp”da bu il 1 milyard aktiv istifadəçiyə sahib olmağı bacarıb. Mark Zuckerberg “WhatsApp” və “Facebook Messenger”də göndərilən mesajların gündəlik olaraq 60 milyarda çatdığını bildirib.

Qeyd edək ki, adi telefon SMS-lərində isə bu rəqəm 20 milyarddır. Bu isə insanların mesajlaşma proqramları ilə adi mesajlaşmadan 3 dəfə çox ünsiyyət qurduğunu göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
715 702 678 655 640 666

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.