ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 12:47

Tramp: İranla müharibə tezliklə başa çatacaq

Tramp: İranla müharibə tezliklə başa çatacaq

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin “tezliklə” başa çatacağını və bundan sonra dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşacağını bildirib.

Sun.az  xəbər verir ki, Tramp bu açıqlamanı bazar günü jurnalistlərə verib.

“İran təslim olan kimi, müharibə başa çatan kimi neftin qiyməti düşməyə başlayacaq. Bu, tezliklə baş verəcək. Neftin qiyməti kəskin şəkildə aşağı düşəcək”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti münaqişənin konkret olaraq nə vaxt başa çata biləcəyini açıqlamayıb.

Trampın açıqlaması ABŞ və İran arasında münaqişənin diplomatik yolla həlli istiqamətində davam edən cəhdlər fonunda səslənib.

Bundan əvvəl Tramp Tehranın təklifini rədd edib. İran həmin təklifində ABŞ tərəfindən bir sıra şərtlərin yerinə yetirilməsi müqabilində Hörmüz boğazından tamhəcmli gəmiçiliyin bərpasını nəzərdə tuturdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 10 5 18 11 7

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.