ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 28-09-2026, 22:50

"Powerbank" yandı - təyyarədə gərgin anlar

"Powerbank" yandı - təyyarədə gərgin anlar

Frankfurt-Mayndan Lissabona uçan “Lufthansa”ya məxsus sərnişin təyyarəsi göyərtəsində poverbankda baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.

Loading.az xəbər verir ki, bu barədə “Lufthansa” sözçüsü məlumat yayıb.

Bildirilib ki, hadisə dünən axşam baş verib. Poverbank sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Ekipaj cihazı xüsusi çantaya yerləşdirərək yanğını tez bir zamanda söndürüb.

Təhlükəsizlik səbəbi ilə pilotlar Lionda təcili eniş etmək qərarına gəliblər və eniş icazəsi üçün fəlakət siqnalı göndəriblər.

Qeyd edək ki, göyərtədə 198 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
38 41 52 29 35 40

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.