ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 4-10-2026, 13:40

Keyn 78 illik rekordu təkrarladı

Keyn 78 illik rekordu təkrarladı

İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənərək milli komandanın tarixinə düşüb.

Take.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.

Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.

Qeyd edək ki, Keynin seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya millilərinə qarşı səfər oyunlarında vurduğu qollar daxildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
29 48 32 33 46 31

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.