ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Müxtəlif 5-10-2026, 13:56

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Duz.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları da Prezident sərəncamına uyğunlaşdırılacaq və artırılacaq.

Millət vəkili qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşı əhatə edəcək.

Əməkhaqqı artımlarının neçə faiz olacağına gəlincə, deputat bildirib ki, Vahid Tarif Cədvəli üzrə maaşlar 19 dərəcə əsasında müəyyənləşdirilir. Dövlət qulluqçusu statusu olmayan və bu sahələrdə çalışan vətəndaşların əməkhaqları dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda Vahid Tarif Cədvəli üzrə aylıq tarif maaşları 400-1150 manat arasında dəyişir.

Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaş artımına səbəb olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 19 23 23 25 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.