ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 14:28

Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi

Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi

Ermənistan parlamentinin sədri Ruben Rubinyan bildirib ki, Azərbaycan tərəfi hərbçisinin itkin düşdüyünü və Ermənistan ərazisinə keçə biləcəyini müəyyən etdikdən sonra Ermənistan tərəfini məlumatlandırıb.

Loading.az  xəbər verir ki, Rubinyan bunu oktyabrın 6-da parlamentin iclasında müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qahramanyanın sualına cavab olaraq deyib.

Deputat Şaki kəndində azərbaycanlı hərbçinin iştirakı ilə baş verdiyi bildirilən hadisəyə siyasi qiymət verilməsini istəyib. O, hərbçinin bir evə daxil olaraq qadına atəş açdığını, uşaqların da zərər çəkdiyini iddia edib və hadisənin sülh prosesinə mənfi təsir göstərdiyini bildirib.

Rubinyan hadisəni cinayət adlandırıb, hərbçiyə ittiham irəli sürüldüyünü və onun həbs olunduğunu qeyd edib.

Parlament sədri Azərbaycanın hərbçinin itkin düşməsi barədə məlumat verməsini isə müsbət qiymətləndirib:

“Azərbaycan tərəfinin hərbçisinin yoxa çıxdığını aşkar edən və onun Ermənistan ərazisinə keçə biləcəyindən şübhələnən kimi Ermənistan tərəfini məlumatlandırması yaxşıdırmı? Bəli, bu, çox yaxşıdır. Sülh olmasaydı, bu baş verməzdi”.

Rubinyan əvvəllər də hər iki tərəfin hərbçilərinin qarşı tərəfin ərazisinə keçməsi hallarının olduğunu, tərəflərin bir-birini məlumatlandıraraq həmin şəxsləri geri qaytardığını bildirib.

O, Şaki hadisəsi ilə bağlı isə cinayət törədildiyini əsas gətirərək bu halı əvvəlki hadisələrdən fərqləndirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 11 15 1 18 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.