Şahin Zeynalov

Şahin Zeynalov Şeirlər Dünən, 19:00

Kaş olaydı

Kaş olaydı

Kaş olaydı” - Şahin Zeynalov

Kaş səndə də sevən ürək olaydı,

Sevərdin, qalardın yanımda mənim.

Kaş ki xəyallarım gerçək olaydı,

Çəkərdi telinə sığal əllərim.

Yoxluğun qəlbimə dərd olub qalıb,

Sevincdən uzaqdır gənclik illəri.

Kaş bir dəfə gözün gözümə baxıb,

Yoxa çıxarardı qəmli günləri.

Tale də dərdimi sanki bilməyir,

Ona bəlli deyil necə sevməyim?

Bilirsə, bəs niyə üzə gülməyir?

Ona çoxmu gəlir arzu, istəyim?

İnan, səndən başqa yoxdur bir arzum,

Səni düşünürəm hər an, gözəlim.

Gəl yuxuma, onu yaxşıya yozum,

Sən gələnə qədər olsun təsəllim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 5 9 21 12 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.