() Özünü () Məndən () Soruş ()


Addım addım izləmişəm
Sən özünü məndən soruş
Ürəyimdə gizləmişəm
Sən özünü məndən soruş

Sən güləndə həyat gülər
Bu köksümdə ürək dinər
Səni sonsuz sevən bilər
Sen özünü məndən soruş

Qoyma ömür sənsiz bitir
Gəl ömrümə bahar gətir
Əzbərlədim sətir sətir
Sən özünü məndən soruş

Bilirəmki çəkdin həsrət
Ya günahıq yada nifrət
Yaşamışıq bir məhəbbət
Sən özünü məndən soruş

Bir gün mənə gələcəksən
Göz yaşımı siləcəksən
Bəlkə səndə deyəcəksən
Sən özünü məndən soruş







