ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edib.
Loading.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb. O bildirib ki, məhkəmə ilə maliyyə və kommersiya əməliyyatları qadağan ediləcək, qurumun resursları və fəaliyyət imkanları məhdudlaşdırılacaq.
Rubio deyib ki, Vaşinqton ICC və Roma Statutuna üzv dövlətlərə ABŞ-nin narahatlıqlarını aradan qaldırmaq üçün danışıqlar imkanı verir. O, nəticə əldə olunmayacağı təqdirdə tədbirlərin daha da sərtləşdirilə biləcəyini vurğulayıb.







