ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 12-10-2026, 20:50

Bakıda icra nümayəndələri cəzalandırıldı

Bakıda icra nümayəndələri cəzalandırıldı

Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı son vəziyyətin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Cin.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

​Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.

​Eyni zamanda, rayonun digər qəsəbələrinin nümayəndələrinə də öz fəaliyyətlərində daha tələbkar olmaları, aşkar edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi istiqamətində konkret tapşırıqlar verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 7 17 7 17 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.