ChatGPT ilə bağlı yeni QƏRAR
OpenAI ChatGPT-nin istifadəçilərlə ünsiyyətində dəyişiklik edir. Şirkət süni intellektin istifadəçilərin hər fikri ilə razılaşmasının qarşısını almağa çalışır.
Loading.az xəbər verir ki, yeni modellərdə yanlış və şübhəli fikirləri avtomatik təsdiqləyən cavablar azalıb.
Şirkətin məqsədi ChatGPT-ni daha obyektiv etməkdir. Bununla belə, süni intellekt nəzakətli və anlayışlı qalacaq, lakin lazım gəldikdə istifadəçinin fikri ilə razılaşmadığını da bildirəcək.







