İtlər başlarını niyə yana əyir? - Səbəbi təəccübləndirəcək
İtlər insan onları çağıranda və ya onlarla danışanda bəzən başlarını yana əyirlər. Alimlərin fikrincə, bu, onların eşitdikləri sözləri anlamağa çalışması ilə bağlı ola bilər.
Medianews.az xəbər verir ki, “Futura” nəşrinin məlumatına görə, araşdırmada oyuncaq adlarını yaxşı yadda saxlayan itlər tanış sözləri eşidəndə 43 faiz hallarda başlarını yana əyiblər. Digər itlərdə isə bu göstərici cəmi 2 faiz olub.
Alimlər düşünürlər ki, itlər bu zaman eşitdikləri sözləri yaddaşlarında olan məlumatlarla əlaqələndirirlər.
Ancaq itiniz başını daim yana əyirsə və ya yeriyərkən tarazlığını itirirsə, bu, xəstəlik əlaməti ola bilər. Belə halda onu baytara göstərmək lazımdır.







