Dərinin erkən qocalmasına səbəb olan 5 vərdiş
Dərinin qocalması təbii prosesdir. Lakin bəzi gündəlik vərdişlər qırışların və ləkələrin yaranmasını sürətləndirə, dərinin elastikliyini azalda bilər.
Loading.az dərinin erkən qocalmasına səbəb olan 5 vərdiş təqdim edir.
Günəşdən qorunmamaq
Ultrabənövşəyi şüalar dərinin erkən qocalmasının əsas səbəblərindən biridir. Uzun müddət günəş altında qalmaq kollagen və elastinə zərər verərək qırışları artıra bilər. Günəşdən qoruyucu vasitələrdən istifadə etmək, xüsusilə günəşin ən güclü olduğu saatlarda birbaşa şüalardan qorunmaq tövsiyə olunur.
Siqaret və nizamsız həyat tərzi
Siqaret kollagenin strukturuna zərər verərək dərinin qocalmasını sürətləndirə bilər. Həddindən artıq spirt qəbulu, yuxusuzluq və xroniki stress də dəriyə mənfi təsir göstərir.
Həddindən artıq şəkər və kəskin pəhrizlər
Kifayət qədər maye qəbul etmək dəri sağlamlığı üçün vacibdir. Lakin çox su içmək təkbaşına qırışları aradan qaldırmır. Həddindən artıq şəkər qəbulu kollagen və elastinə təsir göstərə bilər.
Sürətli çəki alıb-vermək və kəskin pəhrizlər də dərinin elastikliyinə və sallanmasına təsir edir.
Makiyajla yatmaq
Makiyajın vaxtında təmizlənməməsi məsamələrin tutulmasına və dərinin qıcıqlanmasına səbəb ola bilər. Yatmazdan əvvəl dərini uyğun təmizləyici vasitə ilə təmizləmək və nəmləndirici istifadə etmək tövsiyə olunur.







