Gulusum

Gulusum Məşhurlar 12-10-2026, 20:40

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib.

 

LoaDinG.Az xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərinə əməl etməli olduqlarını vurğulayıb.

"Mən Sovet dövründə təhsil almışam. Məktəbdə vahid forma var idi və qalstukumuz, yaxud önlüyümüz olmayanda bizi dərsə buraxmırdılar. Heç kim etiraz etmirdi.Üstəlik, valideynlərimiz də müəllimlərin tərəfini tuturdu: "Düz edib buraxmayıblar. Belə məsuliyyətsizlik olar? Bundan sonra qalstukunuzu, önlüyünüzü taxmadan məktəbə getməyin!"".

 

Teleaparıcı etiraz edənləri anlaya bilmədiyini də biıldirib:

 

"İndi anlaya bilmirəm, biz nəyə etiraz edirik? Məktəblinin məktəbə vahid geyimdə getməsinə? 7 yaşlı uşaq hicabın nə olduğunu hardan bilir? Sabah o yaşda uşaq desə ki, "mən məktəbə qırmızı saçla və ya makiyajla gedəcəm", buraxacaqsınız? Təbii ki, yox. Buraxın bu uşaqlar gedib təhsil alsınlar. Həddi-büluğa, yəni sərbəst qərar vermə yaşına çatanda qərarlarını özləri verəcəklər. İndi isə qayda belədir: məktəbli məktəbə müəyyən edilmiş vahid geyimdə getməlidir!".

 

Xoşqədəm Hidayətqızı valideynlərə də müraciət edərək, vahid məktəbli qaydasına əməl etməli olduqlarını deyib:

 

"Valideynlər, zəhmət çəkib az yaşlılara başa salın ki, heç kim sizə hicab taxmağı qadağan etmir, sadəcə məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir. Qərar vermə yaşına çatdıqda istədiyiniz geyimi seçə bilərsiniz".

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
2 2 2 2 0 3

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.