ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 13-10-2026, 21:49

Türkiyədə infeksiya şəhəri cənginə aldı: 5 min nəfər yoluxub

Türkiyədə infeksiya şəhəri cənginə aldı: 5 min nəfər yoluxub

Türkiyənin Tokat şəhərində son üç gün ərzində təxminən 5 min nəfər bağırsaq pozuntusu əlamətləri olan ürəkbulanma, qusma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edib.

Loading.az yerli mediaya istinadla bildirir ki, xəstələrdən 70-i stasionar müalicəyə yerləşdirilib, onlardan 30-u isə müalicəsini davam etdirir.

Mütəxəssislər içməli su nümunələri götürərək araşdırma üçün Ankaraya göndəriblər. Şəhər valise Abdullah Köklü bildirib ki, narahatlığın səbəbinin məhz su olduğunu hələlik əminliklə söyləmək mümkün deyil. Yekun nəticələrin Türkiyənin Səhiyyə Nazirliyində aparılacaq təhlillərdən sonra açıqlanması gözlənilir.

Dezinfeksiya işlərinin aparılması məqsədilə yerli məktəblərdə dərslər bir gün müddətinə dayandırılıb. Region rəhbərinin sözlərinə görə, çərşənbə axşamı dərslərin bərpa edilməsi planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 19 27 13 34 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.