ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 13-10-2026, 22:51

Kloppun "Liverpul"la bağlı etirafı gündəm oldu

Kloppun "Liverpul"la bağlı etirafı gündəm oldu

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Liverpul”a Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtzi transfer etməməyi tövsiyə etdiyini etiraf edib.

Sun.az xəbər verir ki, futbolçu 2025-ci ilin yayında İngiltərə klubuna keçib. Klopp daha əvvəl “Liverpul”un baş məşqçisi olub.

“Onların Virtzi transfer etmək istədiklərini eşidəndə zəng etdim və dedim ki, Bundesliqa Premyer Liqadan fərqlənir. Ona görə də Virtzi transfer etməməyi məsləhət gördüm. Amma onlar öz qərarlarında israr etdilər və onu Leverkuzen klubundan aldılar.

Söhbət Virtzin zəif futbolçu olmasından getmir. Sadəcə, o, “Bayer”də oynayarkən Premyer Liqada uğur qazanmaqda çətinlik çəkəcəyini bilirdim, çünki burada oyunun intensivliyi tamamilə fərqlidir.

Onlar bunu etiraf etməyəcəklər, amma indi onun üçün bu qədər böyük məbləğ ödədiklərinə görə peşmandırlar. Əgər mənim məsləhətimə qulaq assaydılar, belə olmazdı”, — deyə Klopp bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 20 32 29 29 29

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.