ice berg

ice berg Məşhurlar 15-10-2026, 13:00

Məşhur şoumenin son evliliyinə keçmiş baldızından atmaca: Onun da səndən yeyəcəyi çörək varmış

Məşhur şoumenin son evliliyinə keçmiş baldızından atmaca: Onun da səndən yeyəcəyi çörək varmış


Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin sonuncu evliliyi ilə bağlı keçmiş baldızı Şeyda Coşkunun açıqlaması gündəm olub.

Loading.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Ali Erbil keçmiş həyat yoldaşı Tuğba Coşkun və onun bacısı Şeyda Coşkunun YouTube proqramında qonaq olub.

Proqram zamanı vicdan mövzusunda söhbət edən məşhur şoumen bu xüsusiyyətinə görə həyatında bir çox çətinliklərlə üzləşdiyini bildirib.

“İnsanın əlində deyil. Vicdanın varsa, həyatını onunla birlikdə yaşayırsan. Bu vicdanım üzündən başıma gəlməyən hadisə qalmayıb”, – Erbil bildirib.

Onun sözlərindən sonra keçmiş həyat yoldaşı Tuğba Coşkun şoumenin Gülseren Ceylanla sonuncu evliliyinə toxunub.

“Son evliliyində də bir az vicdanlı davrandı. Görünür, bunu da yaşamalı imiş. Allah onun da yolunu açıq etsin”, – o bildirib.

Söhbətə müdaxilə edən Şeyda Coşkun isə Erbilin sonuncu evliliyi ilə bağlı kinayəli ifadə işlədib:

“Deməli, onun da səndən yeyəcəyi çörək varmış. Nə deyək? Bəzən belə olur”.

Keçmiş baldızının sözlərinə Mehmet Ali Erbil “Bir az vicdanlı davrandıq da”, – cavabını verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 22 29 24 27 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.