ice berg

ice berg Məşhurlar Dünən, 16:46

Hülya Avşar "Kanlı Nigar"ı oynayacaq - Xaraktercə oxşarıq

Hülya Avşar "Kanlı Nigar"ı oynayacaq - Xaraktercə oxşarıq

Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar “Qanlı Nigar” (“Kanlı Nigar”) adlı musiqili tamaşada baş rolu canlandıracaq.

 

Loading.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi yeni rolu haqqında danışarkən canlandıracağı obrazla özü arasında oxşarlıqlar olduğunu bildirib.

 

“Qanlı Nigar hamını çox gözəl ram edir. Xaraktercə də bir az bir-birimizə oxşayırıq”, – Hülya Avşar qeyd edib.

 

Hazırda tamaşanın səhnələşdirilməsi üçün hazırlıq işləri davam etdirilir. Tamaşanın nümayiş tarixi isə hələlik açıqlanmayıb.

 

Tamaşa türk dramaturqu Sadık Şendilin eyniadlı əsəri əsasında hazırlanır. Əsərdə keçmişdə haqsızlıqlara məruz qalmış, sonradan öz haqqını müdafiə edən güclü qadın Nigarın həyatından bəhs olunur.

 

Tamaşanın rejissoru Fatih Dokgöz, prodüseri Onurcan Taşdır. Hülya Avşarla yanaşı, Altan Erkekli və Murat Dalkılıç da səhnəyə çıxacaqlar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 13 15 12 12 4

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.