Şahin Zeynalov

Şahin Zeynalov Şeirlər 16-10-2026, 20:30

Aldanmaq istədim, aldandım sənə…. Şeir

Aldanmaq istədim, aldandım sənə…. Şeir

Düşünmə, olmadı kimsə səbəbkar,

Bir sönməz ocaqtək qalandım sənlə.

Heç demərəm sənə, sənsən günahkar,

Aldanmaq istədim, aldandım sənə.

Gözümü kor etdi, yəqin, bu sevda,

İtirdim özümü mən bu röyada.

Olmazdım aldanan, inan, dünyada,

Aldanmaq istədim, aldandım sənə.

Sən məni endirdin göylərdən yerə,

Vurdun ürəyimə yara min kərə,

Mən də qəribəyəm, göz görə-görə,

Aldanmaq istədim, aldandım sənə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 12 13 16 9 5

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.