ice berg

ice berg Şeirlər Dünən, 23:55

Rəsul Rza  - Sevgilim

Rəsul Rza  - Sevgilim

📕 Rəsul Rza  - Sevgilim

 

Durnanın qatarı gör nə qəşəngdir!

Səhər buludları nə lalərəngdir!

Mehriban gözlərin yol çəkir yenə;

Bir səs pıçıldayır: "gəlməyəcəkdir".

 

Gecədir, ay gəlib gəzir otaqda.

Qulağın səsdədir, fikrin uzaqda.

Sevgilim, nə görüb eşqin, sorsana,

Qəlbin otağında tək ağlamaqda?

 

Uzaq üfüqlərdə al günəş batır.

Kölgələr dənizə min kəmənd atır.

Hicranın gözləri oyaqdır yenə;

Nə gündüz dincəlir, nə gecə yatır.

 

Həsrət tellərinə kimdir əl vuran?

Göyərçin könlümdür yollarda duran.

Yüz illik bir ömrü qurban verərdim

Xumar gözlərinə baxsaydım bir an.

 

Bilirəm, sadiqsən anda, ilqara,

Qoy çəkməsin fikrim könlünü dara.

O böyük eşqinlə sağalacaqdır

İnan ki, aldığım ən dərin yara.

 

Oxşa körpəmizi, dik tut başını!

Çatılmış görməsin düşmən qaşını.

Namərdlər içindən sorağı gəlməz

Könül həmdəminin, can sirdaşının.

 

Bəlkə bir gün məndən gətirdi soraq

Qan ləkəsi düşmüş bir sarı yarpaq.

Bil ki, son şerimin ilk sözü sənsən,

Bir də can verdiyim bu ana torpaq...

 

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 0 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.