Th30

Th30 Xəbərlər Dünən, 19:00

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək


ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib.

"Loading.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, noyabr ayında Yaxın Şərqə ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə aviadaşıyıcı zərbə qrupu da göndəriləcək. Onun artıq regionda olan 20 ABŞ hərbi gəmisinə qoşulacağı gözlənilir.

Vurğulanır ki, Vaşinqton İranla hərbi əməliyyatların yenidən başlaması ehtimalını nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ administrasiyası münaqişənin yenidən alovlanacağı təqdirdə atıla biləcək addımların müxtəlif variantlarını nəzərdən keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 8 14 17 12 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.